Bakıda gecə klubu yanır - VİDEO
25 avqust 2026 16:11 (UTC +04:00)

Bakıda gecə klubu yanır - VİDEO

1

Bakının Nərimanov rayonunda yanğın başlayıb.

Lent.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.

Qeyd olunub ki, hadisə Molla Cümə küçəsindəki "Burju Baku" gecə klubunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb olunublar.

Oxu.Az-ın sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib.

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən obyektin dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək", deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 238

Oxşar yazılar