Bakının bu ərazilərində qaz olmayacaq
07 oktyabr 2025 18:50 (UTC +04:00)

Bakının bu ərazilərində qaz olmayacaq

0

Qaz xətləri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və orta təzyiqli yerüstü qaz xəttinin dayaqlar üzərinə qaldırılması işləri ilə əlaqədar oktyabrın 8-də saat 10:00-dan işlər başa çatanadək “Nizami–Keşlə”, “8-ci km Əlavə” və “NZS” qaz xətlərində qaz təchizatı dayandırılacaq.

Lent.az  xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Nizami rayonunun Keşlə və NZS qəsəbələrinin, 8-ci köndələn, P.Fərzəliyev, Y.Səfərov, İ.Həbibov, O.Vəliyev, N.Abdullayev, Sabir, M.Ağayev, R.Ağayev və A.Mirzəyev küçələrinin, Pirallahı qəsəbəsinin S.Vurğun küçəsinin, həmçinin Xətai rayonunun İ.Orucov, S.Orucov, Mehdizadə və A.Cəlilov küçələrinin qaz təchizatında fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 482

Oxşar yazılar