Elektron  poçtunu açdı:   150 min dollar  itirdi
24 mart 2024 15:32 (UTC +04:00)

Elektron poçtunu açdı: 150 min dollar itirdi

Avstraliya sakini, 60 yaşlı Renato Kalalanq, e-poçt fırıldaqçılığı səbəbiylə demək olar ki, bütün pensiya əmanətlərini itirdikdən sonra maliyyə fəlakəti ilə üzləşib.

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, Renatonun təsvir etdiyi kimi, o, Manila bankı vasitəsilə mərhum əmisi oğlundan 3,8 milyon avro miras aldığını iddia edən bir e-poçt alıb. Məktub həmçinin mirasın açılması üçün müəyyən rüsumların ödənilməsini tələb edirdi. Fırıldaqçılara güvənən Renato üç ay ərzində hesabında bir qəpik də qalmayana qədər pul köçürməyə başlayıb.

"Maliyyə azadlığım əlimdən alındı və mən özümə hörmətim indi normadan aşağıdır. Ailə məni ayaqda saxlayan yeganə şeydir", - kişi etiraf edir.

Commonwealth Bank nümayəndələrinin fikrincə, “miras”la bağlı belə saxtakarlıq sxemləri çox yayılıb. Bank müştəriləri ayıq olmağa və qarşılığında gələcək miras vəd edən yad şəxslərə pul köçürməməyə çağırır.

# 3921
avatar

Oxşar yazılar