Ögey atasını çəkiclə vuran oğulun məhkəməsi:  "Anamı da içkiyə öyrətmişdi"
24 avqust 2026 13:55 (UTC +04:00)

Ögey atasını çəkiclə vuran oğulun məhkəməsi: "Anamı da içkiyə öyrətmişdi"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə atalığına xəsarət yetirməkdə təqsirləndirilən Adəm İsgəndərovun cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib. 

Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən A.İsgəndərov ona qarşı irəli sürülən ittihamda özünü təqsirli bildiyini deyib.

Məhkəmə daha sonra təqsirləndirilən şəxsin ifadəsi ilə davam edib.

Adəm İsgəndərov A.Muradovu qəsdən vurmadığını bildirib:

"Ayəddin mənim atalığımdır. Mən doğulan vaxtdan anamla vətəndaş nigahında yaşayırlar. Bizim normal münasibətlərimiz olub; atalıq da olsa, heç vaxt mənə əl qaldırmayıb. Amma mənimlə yola getmirdi, tez-tez evdə dava, mübahisələrimiz olurdu. Bunun da səbəbi onun həddən artıq içki qəbul etməsi idi. O hətta anamı da içki içməyə öyrətmişdi. Hadisə baş verən gün evdə idim. Ayəddin anamla birlikdə sərxoş halda evə gəldilər. Onlara bu durumdan xoşlanmadığımı, narazılığımı bildirdim. Ayəddin mənə kəskin bir söyüş söydü. Bu mənə çox pis təsir etdi. Söyüşü kəssin deyə çəkici alıb ona sarı tulladım. Bir də gördüm ki, gözünü tutub  zarıyır, sifətindən qan sızır. Bunu görüb dərhal "təcili yardım"a zəng elədim". 

Məhkəmə daha sonra  A.İsgəndərovun ibtidai istintaq zamanı verdiyi ifadəni elan edib və onun məhkəmədə verdiyi ifadə ilə arasında ziddiyət olduğunu bildirib. 

Məhkəmə tərkibi  zərərçəkən şəxsin növbəti prosesdə dindiriləcəyini bildirərək, prosesin 10 sentyabr saat 10:00-da davam edəcəyini elan edib.

Xatırladaq ki, hadisə 15 yanvar 2026-cı il tarixdə  Bakının Sabunçu rayonu ərazisində baş verib.

Belə ki, Adəm İsgəndərov ailə münaqişəsi zəmnində çəkiclə atalığı Ayəddin Muradovun göz nahiyəsinə zərbə vuraraq sağlamlığşna ciddi zərər vurub.

Faktla bağlı cinayət işi başlanılıb, Adəm İsgəndərov Cinayət Məcəlləsinin 126.2.1 (Qəsdən sağlamlığa ağır zərər vurma -iki və ya daha çox şəxsə qarşı habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar