"İki yumruq, bir şillə vurdum"  - Cinsi azlığı qarət edənlərin MƏHKƏMƏSİ
24 avqust 2026 19:35 (UTC +04:00)

"İki yumruq, bir şillə vurdum" - Cinsi azlığı qarət edənlərin MƏHKƏMƏSİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən bir qrup şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə təqsirləndirilən şəxslərdən İlkin Əhmədzadənin ifadəsi ilə davam edib:

"Mən Mərdəkanda yaşayıram, Adillə birlikdə avtoyuma salonunda çalışırdıq. Həmin gün anbarda su olmadığından işləyə bilmədik. Qərara gəldik ki, şəhərə gedib bulvarda gəzək. Yanımızda digər dostlarımız da vardı. Bir bara girdik. İçkilərin qiymətinin baha olduğunu görüb oradan çıxdıq. Özümüzə siqaret, içki və su  aldıq. "Moskva" prospekti tərəfdə görünüşü əcaib, gey olduğu hər halından bəlli olan tipi görəndə mənə qıcıq gəldi. Onun  boynundan tutub əlimi saldım cibinə, pul kisəsini çıxartdım. Kartında nə qədər pulunun olduğunu soruşdum, dedi 20 manat verə bilər. Tələb etdim ki, 50 manat verməlisən. Kartı ondan alıb pulu çıxarmaq istəyəndə gördüm ki, kartda 64 manat var.  54 manatı Adilin kartına göndərdim. Telefonunu da izi itirmək  üçün sındırdım. Amma zərərçəkən deyir ki,  guya kartında  480 manat olub - bu tamam yalandır. Deyir ki, guya ona bıçaq çıxarmışıq, halbuki bizdə heç bıçaq olmayıb. Bizi qabaqcadan əlbir olmaqda təqsirləndirirlər, doğru deyil. Biz qabaqcadan əlbir olmamışıq, orada iş elə gətirdi. Əməlimdən peşmanam, kaş ki vurmazdım. Ona ancaq iki yumruq, bir şillə vurmuşam".

Növbəti proses 14 sentyabr saat 16:00-a təyin olunub.

Xatırladaq ki, hadisə 25 oktyabr 2025-ci il tarixdə Bakı şəhərinin Nəsimi rayonu ərazisində baş verib. 

İttihamda qeyd olunur ki,  İlkin Əhmədzadə, Adil Mustafazadə, İntiqam adlı şəxs və yetkinlik yaşına çatmayan şəxslər -  V.Ş və F.R Pərviz Qasımova yaxınlaşaraq, birlikdə təpik və yumruq zərbələri endirərək, ona ağır bədən  xəsarətləri yetiriblər.

İlkin Əhmədzadə özündə olan bıçağı P.Qasımovun boyununa dayayaraq, onun  əl çantasından 480 manat nağd pulu, siqaret qutusunu və alışqanını, bank kartını götürüb.

Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən  şəxslərə Cinayət Məcəlləsinin 170.3 (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) 181.2.1​ (quldurluq əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi) 181.2.5 (quldurluq əməlinin silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədilməsi) maddələri ilə cinayət işi başlanıb. İlkin Əhmədzadə və Adil Mustafazadə barəsində həbs qətimkan tədbiri, V.Ş və F.R polis nəzarəti altında qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 124

Oxşar yazılar