"Milan"ın hücumçusu Kristofer Nkunkunun tezliklə "Leypsiq"ə qayıtması gözlənilir.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, jurnalist Canluka Di Martsionun məlumatına görə, Almaniya klubu "rossonerilər"lə 28 yaşlı fransız futbolçunun 4 milyon avro dəyərində bir illik icarəyə götürülməsi barədə razılığa gəlib.
Müqavilədə həmçinin 28 milyon avroluq satın alma seçimi də var.
Nkunku 2019-cu ildən 2023-cü ilə qədər “Leypsiq”də oynayıb, daha sonra isə “Çelsi” ilə müqavilə imzalayıb.
Məlumata görə, “Milan” hücumçunu ötən yay London klubundan 37 milyon avroya alıb. Fransız futbolçu İtaliya komandasında bütün yarışlarda 35 oyun keçirib, səkkiz qol vurub və üç məhsuldar ötürmə edib.