DEPUTAT: “Dostluğumuz əbədi olacaq”  - RƏY
24 avqust 2026 16:16 (UTC +04:00)

DEPUTAT: “Dostluğumuz əbədi olacaq” - RƏY

0

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri ikitərəfli münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə yüksəldib”.

Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov Lent.az-a açıqlamasında bildirib.

ABŞ-ın bu münasibəti qəbuledilməzdir - Elman Nəsirov - Globalinfo.az

"İndiyədək cənab Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti cənab in qarşılıqlı səfərlərinin sayı 15-ə çatıb. Bu, özlüyündə mühüm göstəricidir. Cənab Prezident üçüncü dəfədir ki, Özbəkistana dövlət səfəri edir.

Bu səfərlər çərçivəsində ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə, Azərbaycan - Özbəkistan müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb. Sonuncu səfər çərçivəsində isə hər iki dövlətin liderləri “Əbədi dostluq haqqında” tarixi Müqaviləni imzalayıblar.

Bu sənəd Azərbaycan və Özbəkistan arasında həm siyasi dialoqu, həm də iqtisadi-ticarət əlaqələrini keyfiyyətcə yeni mərhələyə qaldırır. Artıq iki dövlət arasında qarşılıqlı ticarətin həcmi 795 milyon dollara çatıb. 2030-cu ilə qədər bu göstəricinin bir milyard dollara çatdırılması ilə bağlı strateji qərar qəbul edilib. Bu istiqamətdə mühüm razılaşma əldə olunub.

Əsas məqsədlərdən biri müəyyən edilmiş layihələrin uğurla həyata keçirilməsidir. Bu məqsədlə hökumətlərarası komissiya fəaliyyət göstərir. Prezidentin səfəri ərəfəsində komissiyanın növbəti iclası keçirilib.

Bununla yanaşı, Azərbaycan-Özbəkistan Biznes Şurası və Regionlar Forumu mövcuddur. Bu tədbirlər də hər bir səfər ərəfəsində təşkil olunur.

Hazırda əsas hədəflərdən biri birgə layihələrin və qarşılıqlı investisiyaların həcminin artırılmasıdır. Artıq birgə layihələrin ümumi həcmi beş milyard dolları ötüb.

Azərbaycan və Özbəkistan arasında üç il əvvəl təsis edilmiş investisiya proqramına və investisiya sənədinə əsasən, hazırda 500 milyon dollarlıq kapital mövcuddur. Bu vəsaitin tam xərclənməsi və yeni layihələrin icrası üçün əlavə maliyyə vəsaitinin ayrılması barədə də razılaşma əldə edilib.

Əsas məsələ qarşıya qoyulan bütün hədəflərə çatmaq niyyətinin mövcud olmasıdır. Səfər çərçivəsində imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar bu inamı daha da artırır.

Mühüm razılaşmalardan biri də beynəlxalq məsələlərdə Azərbaycan və Özbəkistanın ortaq mövqedən çıxış etməsidir. Bu, həm regional, həm də beynəlxalq tədbirlərə aiddir.

Digər əsas razılaşmalardan biri birgə dəniz donanmasının işə salınması ilə bağlıdır. Orta Dəhlizdən istifadə məsələsində də ortaq mövqe ortaya qoyulub. Nəticə etibarilə Xəzər dənizində Özbəkistan - Azərbaycan dəhlizinin yaradılması barədə razılaşma əldə edilib.

Bütün bu razılaşmalar və qazanılmış uğurlar Azərbaycan-Özbəkistan dostluğunun, qardaşlığının və müttəfiqliyinin əbədi olmasına xidmət edir. İmzalanmış “Əbədi dostluq haqqında” Müqavilə də məhz bunun ifadəsidir.

Bu tarixi razılaşmaların əldə olunmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəsna xidmətləri var. Eyni zamanda, dost və qardaş Özbəkistanın Prezidenti cənab Şavkat Mirziyoyevin xidmətləri misilsizdir.

Bu baxımdan təsadüfi deyil ki, cənab İlham Əliyev öz həmkarı Şavkat Mirziyoyevi Azərbaycanın ən ali dövlət mükafatı - “Heydər Əliyev” ordeni ilə təltif edib. Özbəkistan Prezidenti isə Azərbaycan Prezidentini Özbəkistanın ali dövlət mükafatı - “Dostluq” ordeni ilə təltif edib.

Prezidentlərimiz dostdur, xalqlarımız dostdur, dövlətlərimiz dostdur. Bugünkü beynəlxalq münasibətlər sistemində mövcud qarşıdurmalar və dövlətlər arasındakı etimadsızlıq fonunda Azərbaycan - Özbəkistan dostluğu, qardaşlığı və müttəfiqliyi nümunədir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar