Rusiya qazından imtina edən Avropa ölkələrinin  SAYI
25 iyun 2022 16:10 (UTC +04:00)

Rusiya qazından imtina edən Avropa ölkələrinin SAYI

Avropa Komissiyası bildirib ki, Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu rəqəmi Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson açıqlayıb.

"Vəziyyət keçən payızın əvvəlindən kəskindir, lakin Rusiyanın son həftələrdəki davranışı riskləri əhəmiyyətli dərəcədə artırıb", - Simson deyib.

O qeyd edib ki, Avropa İttifaqı dövlətləri tərəfindən hazırlanmış böhran planı “hər saat” faydalı ola bilər. Bundan əlavə, Avropa Komissiyasının nümayəndəsi əlavə edib ki, ötən həftə Avropa ölkələri İsrail, Misir, Norveç və Azərbaycanla qaz tədarükü üzrə əməkdaşlığı dərinləşdirib.

Simsonun sözlərinə görə, may ayında maye qazın tədarükü üzrə daha bir rekord qeydə alınıb - bu, 12,8 milyard kubmetrə çatıb.

 
 

# 1887
avatar

Oxşar yazılar