Sabah Qubanın 18  yaşayış məntəqəsinin   qazı kəsiləcək
28 mart 2024 17:49 (UTC +04:00)

Sabah Qubanın 18 yaşayış məntəqəsinin qazı kəsiləcək

Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə martın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan “Lent.az-a verilən məlumata görə, təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 1722
avatar

Oxşar yazılar