Telefon nömrəsi  900 min dollara   satıldı -  VİDEO
05 aprel 2024 19:18 (UTC +04:00)

Telefon nömrəsi 900 min dollara satıldı - VİDEO

Unikal telefon nömrəsi olan SİM kart Dubayda keçirilən hərracda 3,2 milyon dirhəmə (871 412 dollar) satılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Dubayda statusu simvolizə edən unikal nömrələrin milyonlarla insan üçün əlçatan olması qeyri-adi deyil. 2022-ci ildə üç rəqəmli avtomobil nömrəsi 9,5 milyon dollara satılıb.

Dubayın super zənginləri bir daha unikal nömrələrə olan ehtiraslarını nümayiş etdiriblər. Hindistanlı iş adamı Balvinder Sahani səhra krallığında birrəqəmli avtomobil nömrəsi almaq üçün 9 milyon dollar ödəyib. Sahani indiyə qədər 10 nömrə toplayıb və daha çoxunu toplayacağına ümid edir.


Unikal telefon nömrəsi olan 871 412 dollar dəyərində SİM kartın satışı Sahaninin tək olmadığını göstərir.

Təxminən 900.000 dollara satılan telefon nömrəsinin ölkə kodundan sonra 7 yeddi rəqəmi var.

 


 

# 10008
avatar

Oxşar yazılar