Azərbaycana səfəri çərçivəsində Ukraynanın səhiyyə naziri Viktor Lyaşko “Medinex” sərgisini ziyarət edib. 
Nazir sərgi ilə tanış olub, Ukraynanın milli stendini ziyarət edib, həmçinin İkitərəfli əczaçılıq müzakirəsi “Dialoqdan Əməkdaşlığa: Ukrayna və Azərbaycanın Əczaçılıq İmkanları” adlı ikitərəfli müzakirədə iştirak edib.
Tədbirdə Ukrayna səhiyyə nazirliyinin nümayəndələri, parlament üzvləri və aparıcı əczaçılıq şirkətlərinin təmsilçiləri də iştirak ediblər. Müzakirə zamanı tərəflər iki ölkə arasında birgə investisiya layihələrinin həyata keçirilməsi, texnologiya mübadiləsi və işgüzar əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Sərgi 2025-ci il 30 oktyabr – 1 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilir.
“Medinex” sərgisi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfində dəstəklənir.
Sərginin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) da layihəyə dəstək göstərir.
“Medinex” sərgisinin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir.
Sərgi ilə bağlı daim yenilənən məlumatı sərginin internet səhifəsindən - www.medinex.az və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
 
                 
                             
     
                                                 
                                                