"Unibank" 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir®
08 dekabr 2022 16:05 (UTC +04:00)

"Unibank" 29 milyonluq kapital artımı ilə bağlı növbəti səhm buraxılışı həyata keçirir®

Bu ilin sonunadək kapitalın 29 milyon manat artımını hədəfləyən Unibank,  bu istiqamətdə növbəti səhm buraxılışı həyata keçirir. “Unibank Kommersiya Bankı” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 29 aprel 2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 2,72 manat olan 2 500 000 ədəd adi, adlı, sənədsiz səhmlərin emissiya prospekti 6 dekabr tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydə alınıb.

Xatırladaq ki, səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma proqramı əlavə səhm buraxılışı və subordinasiya borcu cəlb olunmaqla, iki komponentdən ibarətdir. Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Bu prosesin birinci mərhələsi bu ilin avqustunda başa çatıb. Bu mərhələdə “Unibank”ın hər birinin nominal dəyəri 2,72 manat olan 4 milyon 375 min ədəd adi, adlı, sənədsiz səhmlərinin Bakı Fond Birjasında yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalında 12 milyon manata yaxın artım olub.

Kapitallaşma prosesinin növbəti mərhələsi 30 noyabr tarixində “Unibank” KB ASC -nin ümumi dəyəri 12 milyon ABŞ dolları məbləğində subordinasiya borcu olan istiqrazlarının uğurla yerləşdirilməsi nəticəsində başa çatıb. Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçirilən yerləşdirmədə emissiyanın bütün həcmi 23 yerli və xarici investor tərəfindən alınıb. Sayı 12 000 ədəd olan sənədsiz adlı, faizli, təmin edilməmiş istiqrazların hər birinin nominal dəyəri 1000 ABŞ dolları, illik faiz dərəcəsi 8%, faizlərin ödəniş müddəti üç aydan bir, tədavül müddəti isə 6 ildir.

Kapitallaşma prosesinin sonuncu mərhələsində isə hər birinin nominal dəyəri 2,72 manat olan 2 500 000 ədəd adi, adlı, sənədsiz səhmlərin emissiyası nəzərdə tutulur. 6,8 milyon manatlıq səhmin emissiyasının anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, innovativ bankçılıq həllərinin tətbiqində liderliyi qorumaq, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq və müştərilərə yeni rəqəmsal məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir.

# 657
avatar

Oxşar yazılar

Bir gündə  12,5 milyard   qazandı

Bir gündə 12,5 milyard qazandı

3 fevral 2023 , 17:48
“Azəriqaz”a müraciətlərin sayı AÇIQLADI  - FOTO

“Azəriqaz”a müraciətlərin sayı AÇIQLADI - FOTO

3 fevral 2023 , 15:44
"Final çay iç, Finalda Qazan" lotereyasının 3-cü tirajının qalibinə avtomobil təqdim olundu

"Final çay iç, Finalda Qazan" lotereyasının 3-cü tirajının qalibinə avtomobil təqdim olundu

3 fevral 2023 , 13:21
"Kapital Bank"ın daxili ipotekası daha sərfəli oldu!

"Kapital Bank"ın daxili ipotekası daha sərfəli oldu!

3 fevral 2023 , 11:41
Xaçmaz sakinlərindən “Azəriqaz”a MÜRACİƏT - VİDEO

Xaçmaz sakinlərindən “Azəriqaz”a MÜRACİƏT - VİDEO

2 fevral 2023 , 21:44
Əhmədbəyli-Füzuli-Şuşa yolundan  YENİ GÖRÜNTÜLƏR

Əhmədbəyli-Füzuli-Şuşa yolundan YENİ GÖRÜNTÜLƏR

2 fevral 2023 , 17:50
Azərbaycanın enerji siyasətinin Avropa üçün artan əhəmiyyəti

Azərbaycanın enerji siyasətinin Avropa üçün artan əhəmiyyəti

2 fevral 2023 , 17:15
Şəhər və rayonlararası marşrutların  YENİ TARİFLƏRİ

Şəhər və rayonlararası marşrutların YENİ TARİFLƏRİ

2 fevral 2023 , 15:27