“Veysəloğlu” ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalandı
06 dekabr 2023 11:45 (UTC +04:00)

“Veysəloğlu” ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalandı

Veysəloğlu Şirkətlər Qrupu ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Sənədi Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov imzalayıb.

Memoranduma əsasən hər iki qurum tələbələrin pərakəndəçilik, gündəlik istehlak məhsulları (FMCG) sahəsində bilik və bacarıqlarının artılıması, bu sahədə mütəxəssislərin yetişdirilməsi ilə bağlı birgə fəaliyyət göstərəcəklər.

Sənədə əsasən UNEC-in tələbə və məzunlarına şirkətlər qrupu və bizneslərində istehsalat təcrübəsi keçmələrinə şərait yaradılacaq, “Veysəloğlu”nun rəhbər şəxsləri tələbələrə satış, pərakəndə və FMCG biznes sahəsi üzrə praktiki dərslər keçəcəklər.

Veysəloğlu Şirkətlər Qrupu UNEC-də pərakəndə, logistika, FMCG, biznes sahəsi üzrə elmi araşdırmaların maliyyələşdirilməsini və kitab çapını da nəzərdə tutub.

Qeyd edək ki, yeni tədris ilindən başlayaraq Şirkətlər Qrupu fəaliyyət göstərdiyi sahədə yüksək ixtisaslı kadrların yetişməsinə dəstək məqsədi ilə UNEC ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində şirkətdə rəhbər vəzifəsində çalışan şəxslər “Satışın idarəolunması” mövzusunda öz bilik və təcrübələrini bölüşməyə davam edirlər.

# 1293
avatar

Oxşar yazılar