«Ekonomist»  jurnalının növbəti sayı çapdan çıxıb
22 aprel 2013 13:51 (UTC +04:00)

«Ekonomist» jurnalının növbəti sayı çapdan çıxıb

«Ekonomist» MMC-nin təsis etdiyi «APA-Ekonomist» aylıq analitik jurnalının növbəti buraxılışı çapdan çıxıb.

«APA-ECONOMICS»in məlumatına görə, jurnalın bu sayında Beynəlxalq Valyuta Fondunun missiyasının Azərbaycana son səfərinin nəticələri, illik tədiyyə balansın təhlili, kommersiya banklarının müxtəlif nisbi göstəricilər üzrə renkinqləri və onların təhlili, ölkənin soyuducular bazarının araşdırılması, gözəllik salonlarına sərmayə yatırtmaq imkanları, avtomobil bazarından yeniliklər haqqında məqalələr yer alıb.


Qeyd edək ki, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 37 buraxılışı işıq üzü görüb. «Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər.

«Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.


Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 771

Oxşar yazılar