Azərbaycan-Latviya biznes forumu keçirilib
25 aprel 2013 00:03 (UTC +04:00)

Azərbaycan-Latviya biznes forumu keçirilib

 

Aprelin 24-də Bakı Biznes Mərkəzində Azərbaycan prezidenti İlham Əliyevin və Latviya prezidenti Andris Berzinşin iştirakı ilə Azərbaycan-Latviya biznes forumu keçirilib.

 

Prezident İlham Əliyev və prezident Andris Berzinş forumda çıxış ediblər.

 

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Latviya tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı və qida sənayesi, informasiya-kommunikasiya texnologiyaları, turizm, sığorta, səhiyyə, tikinti, təhsil, konsaltinq, maliyyə, nəqliyyat, logistika, energetika və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın iş adamı iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 873

Oxşar yazılar