Azərbaycanda 15 min 535 ədəd damğalanmayan zərgərlik məmulatı aşkarlandı
24 aprel 2013 12:24 (UTC +04:00)

Azərbaycanda 15 min 535 ədəd damğalanmayan zərgərlik məmulatı aşkarlandı

Dövlət Xidməti vətəndaşlara damğalanmayan zərgərlik məmulatlarını almamağı tövsiyə edir

 

Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2013-cü ilin I rübü ərzində keçirilmiş nəzarət işləri haqqında məlumat yayıb.

 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun tələblərinə əməl edilməsi ilə bağlı 2013-cü ilin I rübü ərzində 18 sahibkarlıq subyektində dövlət əyar nəzarəti tədbirlərinin keçirilib.

Həyata keçirilmiş əyar nəzarəti tədbirləri zamanı qiymətli metallar və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 15 min 535 ədəd zərgərlik məmulatı aşkarlanıb. Həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən edilib. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənib, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.
 

Bu ilin I rübü ərzində keçirilmiş yoxlamalar nəticəsində dövlət büdcəsinə, müvafiq olaraq 136120,00 manat məbləğində dövlət rüsumunun və İnzibati Xətalar Məcəlləsinə əsasən 10 min 400 manat məbləğində inzibati cərimələrin ödənilməsi təmin edilib.
2013-cü ilin I rübü ərzində Xidmətə ekspertiza, analiz, əyarlanmaq və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarına görə 411762,2 manat məbləğində dövlət rüsumunun büdcəyə ödənilməsi təmin olunub.
Keyfiyyətsiz zərgərlik məmulatlarını əldə etməklə maliyyə itkilərinə məruz qalmaq təhlükəsi ilə üzləşməmək üçün Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti vətəndaşlara dövlət əyar damğası ilə damğalanmayan zərgərlik məmulatlarını almamağı tövsiyə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775

Oxşar yazılar