Bakıda dövlətə məxsus ət mağazaları satışa çıxarılır
24 aprel 2013 11:38 (UTC +04:00)

Bakıda dövlətə məxsus ət mağazaları satışa çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi mayın 14-də respublikanın şəhər və rayonlarında hərraca çıxarılacaq kiçik dövlət müəssisə və obyektlərinin siyahısını açıqlayıb.

 

Lent.az-ın verdiyi məlumata görə, bu kiçik dövlət müəssisə və obyektlərinin sırasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 5-ci Sahil küçəsi, 11 A ünvanında yerləşən 108 saylı ət mağazası da var.

 

İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeçiliyində olan ət mağazasının sahəsi 24,9 kv.m, start satış qiyməti 1016 manat, ilkin satış qiyməti 864 manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354

Oxşar yazılar