Mərkəzi Bankının sədri Elman Rüstəmov Almaniyanın aparıcı banklarından biri olan “Commerzbank AG”-nin İdarə Heyətinin sədri Martin Blessinqi və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent. az-a verilən məlumata görə, görüşdə Azərbaycanda bank sektorunun qiymətləndirilməsi məsələləri, son tendensiyalar yerli banklar ilə əlaqələr müzakirə olunub.
Martin Blessinq Azərbaycanın uğurlu inkişafını qeyd edib və ölkəmizlə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini dilə gətirib. Elman Rüstəmov isə ölkə iqtisadiyyatının, o cümlədən bank sektorunun sürətlə inkişaf etdiyini söyləyib. O, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi potensialını xüsusilə qeyd edib və ikitərəfli münasibətlərin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
Görüş zamanı Azərbaycanda bank sektorunun inkişafına dair gələcək əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub.