İpoteka Fonduna büdcədən əlavə vəsait ayrıla bilər
23 aprel 2013 13:36 (UTC +04:00)

İpoteka Fonduna büdcədən əlavə vəsait ayrıla bilər

Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsinin təsdiqləməsinə baxmayaraq, İpoteka Fonduna bu il büdcədən əlavə vəsait ayrıla bilər.


 

«APA-Economics»in məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov bildirib.

 

Onun sözlərinə görə, ehtiyac olarsa dövlət büdcəsinin və ya Prezidentin Ehtiyat Fondundan Azərbaycan İpoteka Fondu üçün müəyyən məbləğdə əlavə vəsait ayrıla bilər: «Bunun üçün büdcənin yenidən baxılmasına ehtiyac yoxdur».

 

Ayrılması mümkün olan vəsaitin konkret məbləğinə gəldikdə isə, M.Rəhimov qeyd edib ki, bu, hesablamalardan və təkliflərdən sonra müəyyən oluna bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1235

Oxşar yazılar