Azərbaycan əsilli iş adamı Mübariz Mənsimovun sahibi olduğu “Palmali Holding” neft daşınması üçün yeni gəmilər alır.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Palmali Holding” ilə Türkiyənin “Yardımçı Qrup” şirkəti arasında 10 gəminin tikintisi ilə bağlı müqavilə imzalanıb.
Müqaviləni Mübariz Mənsimov ilə “Yardımçı Qrup” şirkətinin İdarə Heyətinin sədri Sərvət Yardımçı imzalayıblar. Gəmilər Tuzladakı Gəmiqayırma Zavodunda inşa ediləcək. Mübariz Mənsimov bu gəmilərdən Rusiyanın daxili sularında, Xəzər dənizi, Qarad dəniz və Volqa çayında neft daşınması üçün istifadə ediləcəyini söyləyib. Sərvət Yardımçı isə bildirib ki, gəmilərin dəyəri 160-170 milyon dollar civarındadır. Gəmilər 5 il ərzində tikilərək “Palmali Holding”ə təhvil veriləcək.
Mübariz Mənsimov imzalanma mərasimində “Palmali Holding”ə məxsus Bodrumdakı yaxta limanının iyunun 1-dən fəaliyyətə başlayacağını da söyləyib. O, gələcəkdə də Türkiyədə belə limanların alınması istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

Mübariz Mənsimov yeni gəmilər və yaxta limanları alır
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18