Qalib bank mükafat alacaq
25 aprel 2013 15:33 (UTC +04:00)

Qalib bank mükafat alacaq

Mərkəzi Bank bankların cari il ərzində nağdsız hesablaşmaların genişləndirilməsi, müasir bank texnologiyalarından istifadənin artırılması sahəsində fəaliyyətinin stimullaşdırılması məqsədilə  fərqlənmiş bankların mükafatlandırılması üçün nağdsız ödənişlər sahəsində nominasiyalar elan edir.

 

Mərkəzi Bankın Kommunikasiya Departamentindən Lent. az-a verilən məlumata görə,  müəyyən edilmiş şərtlər daxilində qalib banklar seçilərək mükafatlandırılacaq.

 

Qalib bank ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız ödənişlərin və cari hesablardan elektron şəbəkə və cihazlar vasitəsilə (İnternet bankçılıq, mobil bankçılıq və s. vasitəsilə) köçürmələrin ümumi sayına uyğun olaraq müəyyən ediləcək. Kampaniyanın keçirilməsi şərtləri və nominasiyalar haqqında ətraflı məlumat Mərkəzi Bankın internet səhifəsində yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858

Oxşar yazılar