Ronaldo 17 kq arıqlayıb
18 dekabr 2012 11:34 (UTC +04:00)

Ronaldo 17 kq arıqlayıb

Braziliya milli komandasının sabiq futbolçusu Ronaldo 17 kq çəki salıb. Lent.az-ın məlumatına görə, artıq çəkidən əziyyət çəkən “sambaçı” Braziliya telekanallarından birində qatıldığı “İdeal ölçülər” teleşousundan sonra arıqlayıb.

 

Beləliklə, “Yekədiş” hazırda telelayihənin start götürdüyü sentyabr ayı ilə müqayisədə 118 kq yox, 101 kq çəkiyə malikdir. Ronaldo artıq çəki problemlərini çoxsaylı zədələrini dərmanlarla müalicə etdiyi vaxtlardan yaşamağa başlayıb.

 

Qeyd edək ki, keçmiş futbolçu optimal fiziki formasını yığmağa çalışır. O, dekabrın 19-da Braziliyanın Portu-Alleqri şəhərində öz dostları ilə Zinəddin Zidanın dostları arasında keçiriləcək xeyriyyə matçında oynamaq niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354

Oxşar yazılar