11 aylıq körpə kokaindən zəhərləndi
29 noyabr 2021 22:10 (UTC +04:00)

11 aylıq körpə kokaindən zəhərləndi

Hadisə Fransanın Perpinyan kommunasında baş verib.

Lent.az-ın xəbərinə görə, gənc ana sakitləşmək bilməyən uşağını həkimə gətirib. 

Həkimlər analiz nəticəsində ağrının səbəbinin narkotik maddə olduğunu sübut ediblər. Hadisə ilə əlaqədar polisə məlumat verildikdən sonra ailənin yaşadığı evdə axtarış aparılaraq 1 kiloqram kokain tapılıb.

22 yaşlı qadın evdə narkotik vasitənin saxlandığını bilmədiyini deyib. Onun narkotik vasitələri satdığı üçün azadlıqdan məhrum edilmiş əri həbsdən təzə çıxıbmış. Körpə iməkləyərək təsadüfən tapdığı narkotik vasitəni ağzına qoyub və halı pisləşib. 

Məhkəmənin qərarı ilə ata barədə həbs qətimkan tədbiri seçilib, uşaq isə valideynlərindən alınaraq sığınacağa yerləşdirilib. 
 

# 1752
avatar

Oxşar yazılar