Türkiyədə 12 yaşlı oğlan ögey atasını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Talas qəsəbəsində baş verib.
12 yaşlı Y.C.K. ilə 31 yaşlı ögey atası H.P. arasında naməlum səbəbdən mübahisə yaşanıb. Mübahisə zamanı uşaq kişini bıçaqlayıb.
Hadisə yerinə gələn həkimlər yaralını xəstəxanaya aparıblar. Lakin görülən tədbirlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Polis azyaşlını saxlayıb. Araşdırma aparılır.