Türkiyədə oğul atasını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Giresun rayonunun Şebinkarahisar qəsəbəsində baş verib.
17 yaşlı M.C.A. ilə 47 yaşlı atası Sedat A. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə böyüyəndən sonra oğul tapança ilə atasına atəş açıb. Ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilən şəxs orada ölüb.
Yeniyetmə oğlan isə polisə təslim olub. Araşdırma aparılır.