71 yaşlı qadın 102 yaşlı anasını  öldürdü: "Baxmaqdan yorulmuşdum"
08 noyabr 2025 15:41 (UTC +04:00)

71 yaşlı qadın 102 yaşlı anasını öldürdü: "Baxmaqdan yorulmuşdum"

0

Yaponiyada 71 yaşlı qadın 102 yaşlı anasını qətlə yetirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, cinayətin səbəbi illərlə davam edən baxım nəticəsində yaranmış dərin fiziki və emosional tükənmə olub.

Hadisə Kunitachi şəhərində baş verib. Yeko Komine özü polisə zəng edərək törətdiyi əməl barədə məlumat verib. İstintaqın məlumatına görə, qadın əvvəlcə demensiyadan əziyyət çəkən anası Fuku Komineni iplə boğub, daha sonra onun boğaz nahiyəsinə bıçaq zərbələri endirib.

Məhkəmə iclasında təqsirləndirilən Yeko Komine bildirib ki, artıq fiziki cəhətdən anasına baxa bilmirdi. “Onu çimizdirmək və tualetdə kömək etmək belimdəki daimi ağrılara görə dözülməz hala gəlmişdi,” - deyə qadın ifadəsində söyləyib.

Son nöqtə yaşlı anasının yataqdan yıxıldığı an olub. Yeko onu təkbaşına qaldıra bilməyib və təcili yardıma zəng vurub. Lakin xidmətin cavabında ona “bu dəfəlik gələcəyik” deyilib. Məhz o an, təqsirləndirilənin sözlərinə görə, o, faciəvi qərarını verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 524

Oxşar yazılar