ABŞ-ın Missuri ştatında 47 yaşlı ana 16 yaşlı oğlunu amansızlıqla qətlə yetirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, polislər evdə oğlanın meyitini yataqda odlu silah yarası və bıçaq xəsarətləri ilə aşkarlayıblar.
Krista Roy istintaqa etiraf edib ki, əvvəlcə oğluna atəş açıb, sonra isə bir neçə dəfə bıçaqlayıb. Bu müddət ərzində yaralı yeniyetmə anasından dayanmağı və ona kömək etməyi xahiş edib. Roy isə bildirib ki, guya “onu əzabdan qurtarmaq” istəyib.
Hazırda qadın saxlanılıb və ona qəsdən adam öldürmə ittihamı irəli sürülüb. O, məhkəməyə qədər həbsdə saxlanılır.