Rusiyanın Ulyanovsk vilayətində ana övladları ilə birgə qətlə yetirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, onların meyitlərini uşaqları görməyə gələn nənələri aşkarlayıb. Yaşlı qadın mənzildə 27 yaşlı gəlininin, eləcə də 4 və 5 yaşlarında olan qız uşaqlarının qan içində olan meyitlərini görüb.
Hadisə yerində istintaq-kriminalistika mütəxəssisləri işləyirlər.
Faktla bağlı cinayət işi açılıb.