Arvadını öldürüb, intihar etdi - 6 ay əvvəl evlənmişdilər
08 oktyabr 2025 12:29 (UTC +04:00)

Arvadını öldürüb, intihar etdi - 6 ay əvvəl evlənmişdilər

0

Türkiyədə kişi 6 ay əvvəl evləndiyi arvadını öldürərək, intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Denizli rayonunun Pamukkale qəsəbəsində baş verib.

42 yaşlı Tuncay Acar yaşadıqları evdə arvadı 42 yaşlı Keziban Parsla mübahisə edib. Mübahisə zamanı kişi tüfənglə əvvəlcə arvadını öldürüb, sonra isə özünə də atəş açaraq, intihar edib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ər-arvadın meyitlərini görüblər.

Qeyd olunur ki, cütlük 6 ay əvvəl ailə qurub. Onlarla birgə qadının oğlu da həmin evdə yaşayırmış. Lakin hadisə zamanı mənzildə olmayıb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 584

Oxşar yazılar