Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara rayonunda əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir olan 39 yaşlı Taleh Məmmədov tutulublar.
Saxlanılan şəxslərdən ümumilikdə 62 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlar ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən götürdüklərini və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdıqlarını etiraf ediblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.