Azərbaycanda axtarışda olan 84 nəfər saxlanıldı -  KRİMİNAL XRONİKA
28 sentyabr 2022 12:22 (UTC +04:00)

Azərbaycanda axtarışda olan 84 nəfər saxlanıldı - KRİMİNAL XRONİKA

Sentyabrın  27-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 35 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

# 2133
avatar

Sevinc Fərid

Oxşar yazılar