Azərbaycanlı alverçi bazarda öldürüldü: QAN DAVASI
18 oktyabr 2025 10:55 (UTC +04:00)

Azərbaycanlı alverçi bazarda öldürüldü: QAN DAVASI

0

Bu ilin yazında Rusiyanın Moskva vilayətində azərbaycanlı sahibkarın qətlinin qan davası olduğu ortaya çıxıb. Məlum olub ki, təqsirləndirilən şəxs qardaşının ölümünə görə qisas niyyətilə qətli törədib.

Lent.az yerli mediaya istinadla bildirir ki, alverlə məşğul olan Zaur martın 3-də Moskvanın Verxniye Polya küçəsində yerləşən “Sadovod” bazarının dayanacağında qətlə yetirilib.

Hadisə zamanı Zauru 42 yaşlı Rövşən adında şəxs danışığa çağırıb. Onlar avtomobilin salonunda söhbət edərkən, Rövşən çantasından tapança çıxararaq atəş açıb. Yaralanan Zaur avtomobildən çıxmağa çalışsa da, cinayətkar onun arxasınca bir neçə dəfə də atəş açıb.

Zaur xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Bazarın mühafizəçiləri atəş səslərini eşidib hadisə yerinə gəldikdə, Rövşən tapançanı yerə qoyaraq sakit şəkildə təslim olub.

İstintaq zamanı kişi öz hərəkətinin səbəbini izah edib. Onun sözlərinə görə, 2024-cü ildə qardaşı Ruslan naməlum şəxslər tərəfindən qətlə yetirilib. Ruslan da “Sadovod” bazarında fəaliyyət göstərib, pavilyonlardan birində siqaret satırmış.

Qardaşının ölümündən sonra Rövşən Azərbaycandan Moskvaya köçərək onun işini davam etdirib. Burada o, Zaurla tanış olub və bir neçə söhbətdən sonra onun Ruslanın ölümündə əli ola biləcəyini düşünüb. Zamanla bu şübhəyə daha çox inanıb və Rövşən Zauru polisə təslim olmağa inandırmağa çalışıb. Lakin Zaur bütün ittihamları qəti şəkildə inkar edib.

Dekabr ayında Rövşən qardaşının əşyalarını toplayarkən seyfdə tapança tapıb. Bundan sonra Zauru ələ vermək fikri onun beyninə ilişib. Cinayətkarın sözlərinə görə, dayanacaqda görüşü məhz onu qorxudub polisə aparmaq üçün təyin edib. Lakin söhbət zamanı Zaur Rövşənin mərhum qardaşını təhqir edib və bununla da onun öldürülməsi Rövşən üçün qətiləşib.

Moskva üzrə İstintaq Komitəsinin məlumatına əsasən, Lüblino Rayon Məhkəməsi təqsirləndirilən şəxsi 11 il müddətinə ciddi rejimli həbsxanada cəza çəkməyə məhkum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 794

Oxşar yazılar