Türkiyədə azərbaycanlı qadınlar avtomobildə güllələnib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Dənizli şəhərinin Pamukkala qəsəbəsində baş verib.
35 yaşlı Mətanət Altıntop, 8 yaşlı oğlu və 32 yaşlı bacısı Turna Kardaş ilə avtomobilə miniblər. Bu zaman Mətanətin keçmiş sevgilisi Sabit Ö. tüfənglə onlara atəş açıb. Nəticədə Mətanət ayaqlarından, Turna isə qolundan yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Məlumata görə, xəstəxanada görülən tədbirlərə baxmayaraq, Mətanət Altıntopu xilas etmək mümkün olmayıb.
Hadisədən sonra isə Sabit Ö. ərazidən qaçıb. Lakin polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində o saxlanılaraq, istintaqa təhvil verilib.


