Bakıda azyaşlı qızı zorlayan  həbs edildi
08 iyun 2023 15:05 (UTC +04:00)

Bakıda azyaşlı qızı zorlayan həbs edildi

Bakıda azyaşlı qız zorakılığa məruz qalıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Suraxanıda azyaşlı qızın zorakılığa məruz qalması faktı ilə bağlı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Cinayəti törətməkdə təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib. 

Hazırda ibtidai istintaqı Suraxanı rayon polis idarəsinin İstintaq şöbəsində davam etdirilən cinayət işi nəzarətdə saxlanılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

# 3750
avatar

Oxşar yazılar