Bakıda dostunu öldürən tutulub.
Lent.az xəbər verir ki, iyunun 7-si saat 01 radələrində Pirşağı qəsəbəsinin ərazisində Bakı şəhər sakini, 1999-cu il təvəlüdlü Sakit Piriyev münaqişə zəminində bıçaqla paytaxt sakinləri - 1986-cı il təvəlüldlü Müzahir Xələfovun döş nahiyəsinə daxilə nüfuz edən və 1983-cü il təvəllüdlü Balağa Ağayevin qol nahiyəsinə xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilən M.Xələfov ölüb.
B.Ağayevə ilkin tibbi yardım göstərilib.
S.Piriyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.
***
saat 14:09
Bakıda qətl törədilib.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Xələfov Məzahir Xanoğlan oğlu dostu tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Araşdırma aparılır.