İlkay Gündoğandan  sürpriz   addım: Bu klubun  ortağı   olacaq
08 iyun 2026 14:52 (UTC +04:00)

İlkay Gündoğandan sürpriz addım: Bu klubun ortağı olacaq

0

"Qalatasaray"ın futbolçusu İlkay Gündoğanın investisiya qrupu ilə birlikdə Fransanın "Monpelye" komandasının səhmdarı olmağa hazırlaşdığı iddia edilib. Müqavilənin tezliklə yekunlaşacağı gözlənilir. 

"Qalatasaray"da oynayan İlkay Gündoğan təkcə meydandakı performansı ilə deyil, həm də investisiya hərəkətləri ilə xəbərlərdə yer almağa davam edir. 

Lent.az bildirir ki, Fransanın "L'Equipe" qəzetinin məlumatına görə, İlkay Gündoğan investisiya şirkətinin rəhbərlik etdiyi layihə çərçivəsində "Monpelye"də  əsas səhmdar olmağa hazırlaşır. Qeyd edilir ki, investisiya qrupunun məqsədi Fransa klubunda pay əldə etməkdir və İlkay Gündoğan bu layihənin görkəmli simalarından biridir. 

İlkay Gündoğandan əlavə, "Arsenal"ın keçmiş oyunçusu Daniel Karbassiyun da layihədə əsas rol oynayacağı bildirilib. Tərəflər arasında danışıqların son mərhələyə çatdığı və razılaşmanın tezliklə rəsmi olaraq yekunlaşdırılacağı gözlənilir.

Əvvəllər müxtəlif biznes investisiyaları ilə gündəmə gələn İlkay Gündoğan, bu addımla indi futbol dünyasında klub sahibi olmağa da başlayacaq. 35 yaşlı ulduz oyunçunun futbol karyerasından sonra idarəetmə və investisiya sahələrində aktiv rol almağı planlaşdırdığı güman edilir.

2025-ci ilin yayında "Qalatasaray"a keçən İlkay Gündoğan ötən mövsüm sarı-qırmızılı komandada 38 oyunda meydana çıxıb. Təcrübəli yarımmüdafiəçi bu oyunlarda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar