Qoltuqaltı sarı ləkələrin səbəbi  tər deyilmiş - Təmizləməyin ən effektiv  yolu
08 iyun 2026 12:57 (UTC +04:00)

Qoltuqaltı sarı ləkələrin səbəbi tər deyilmiş - Təmizləməyin ən effektiv yolu

0

Yay aylarında təravət və gigiyena üçün istifadə etdiyimiz dezodorantlar sevdiyimiz açıq rəngli geyimlərdə zamanla xoşagəlməz sarı ləkələrin yaranmasına səbəb ola bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislərin fikrincə, bu ləkələrin əsas səbəbi düşündüyümüz kimi yalnız tər deyil.

Sarı ləkələrin əsl səbəbi nədir?

Açıq rəngli köynək və geyimlərin qoltuqaltı hissəsində yaranan sarı ləkələr əksər hallarda tərin tərkibindəki zülallarla dezodorantlarda olan alüminium birləşmələrinin reaksiyası nəticəsində meydana gəlir.

Bu kimyəvi reaksiya nəticəsində yaranan maddələr parça liflərinin dərin qatlarına nüfuz edir və zaman keçdikcə qalıcı ləkələrə çevrilir. Məhz buna görə adi yuyulma üsulları ilə onları təmizləmək çətin olur.

Yeni ləkələrin yaranmasının qarşısını necə almaq olar?

Mütəxəssislər aşağıdakı məsləhətləri tövsiyə edirlər

Tərkibində alüminium olmayan dezodorantlardan istifadə edin. Dezodorant çəkdikdən sonra tam qurumasını gözləyin. Geyimi dərhal geyinməyin. Mümkünsə təbii tərkibli məhsullara üstünlük verin. Mövcud sarı ləkələri təmizləməyin sadə yolu Qoltuqaltı hissədə yaranmış sarı ləkələri təmizləmək üçün karbonat və ağ sirkədən istifadə etmək olar.

Tətbiq qaydası

Ləkəli hissəyə bir qədər karbonat səpin. Üzərinə sprey vasitəsilə ağ sirkə püskürdün. Qarışığın köpüklənməsini gözləyin. Təxminən 15-20 dəqiqə saxlayın. Daha sonra geyimi adi qaydada yuyun. Karbonat və sirkənin reaksiyası parçaya hopmuş çöküntülərin yumşalmasına və ləkələrin daha asan təmizlənməsinə kömək edir.

Ən çox edilən səhv

Bir çox insan dezodorantı vurduqdan dərhal sonra paltarını geyinir. Bu zaman məhsulun nəmliyi birbaşa parçaya keçir və tər ilə birlikdə ləkələrin yaranma prosesi sürətlənir.

Ləkələrin qarşısını almaq üçün dezodorantın tam qurumasını gözləmək və ya artıq nəmi salfetlə yüngülcə almaq tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar