Gəmidə həlak olanlardan biri Zaqataladandır - ADLAR
05 iyun 2026 16:31 (UTC +04:00)

Gəmidə həlak olanlardan biri Zaqataladandır - ADLAR

0

Xəbər verdiyimiz kimi, iyunun 5-ə keçən gecə göyərtəsində 25 azərbaycanlının olduğu iki gəmi Azov dənizində vurulub.

Hadisə nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, gəmidə həlak olanlardan biri Zaqatala rayonu, Aşağı Tala kənd sakini, 1997-ci il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyevdir. 

Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, digər həlak olanlar isə Fuad, Rəcəb, Qismət və Elnur adlı şəxslərdir.

Qeyd edək ki, gəmidə həlak olanların kimliyi ilə bağlı hələlik rəsmi məlumat yayılmayıb.

Gəminin vurulma anı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4477

Oxşar yazılar