Bakıda kafedə Wi-Fi paroluna görə  QAN TÖKÜLDÜ
09 dekabr 2025 12:09 (UTC +04:00)

Bakıda kafedə Wi-Fi paroluna görə QAN TÖKÜLDÜ

0

Bakıda kafedə bıçaqlanma olub.

Lent.az xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsindəki parkda yerləşən kafedə qeydə alınıb.

İttiham aktına görə, kafenin həyətində müştəri qismində oturan 27 yaşlı Səfa Məhəmmədov (ad və soyad şərtidir) kassirdən Wi-Fi kodunu istəyib. Lakin bu zaman kassirlə onun arasında mübahisə düşüb. Mübahisəyə kassirin qəlyançı işləyən iş yoldaşı da qoşulub. Bu zaman Səfa Məhəmmədov qəlyançının ayaqlarına və əlinə bıçaqla xəsarətlər yetirib.

Nəticədə Səfa saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, kassir onun Wi-Fi kodunu istəməsindən acıqlanıb və onunla kobud danışıb:

“Kafenin arxasında kassirlə danışıb məsələni yoluna qoymuşduq ki, qəlyançı gəlib mənə irad bildirdi. Sonra o, mənə yumruq və təpiklə dayanmadan zərbələr vurdu. Fiziki cəhətdən məndən güclü idi. Şərab evində işlədiyim üçün daim lazım olan balaca bıçağım vardı. Onu çıxarıb sağa-sola hərəkət etdirdim. Bu zaman bıçaq qəlyançının ayaqlarına dəyərək xəsarətlər yetirdi. İlk dəfədir bu kafeyə gəlirəm. İlk dəfədi cinayət törədirəm”.

Səfa Məhəmmədov zərərçəkənlə barışdığını, zərərçəkənin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmədən işə xitam verilməsini istəyib.

Suraxanı rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Səfa Məhəmmədov məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar