Bakıda kişi pula görə  boşanmaq istəyən arvadını döydü:  bu cəza verildi
11 oktyabr 2025 10:43 (UTC +04:00)

Bakıda kişi pula görə boşanmaq istəyən arvadını döydü: bu cəza verildi

0

Bakıda kişi arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb.

41 yaşlı Ucar rayon sakini Malik Abdullayev (ad və soyad şərtidir) yaşadıqları evdə arvadını döyərək xəsarət yetirib.

Təqsirləndirilən şəxs bildirib ki, əsəb xəstəsidir:

“Əvvəllər gəlirim yaxşı idi. Son vaxtlar isə gəlirim azalıb. Bu səbəbdən həyat yoldaşımla aramızda mübahisəmiz olub və o, boşanmaq istəyib. Mübahisə zamanı onu döyərək, xəsarət yetirmişəm. Əməlimdən peşmanam”.

Zərərçəkən isə döyüldüyünü deyərək, ərinin cəzalandırılmasını istəyib.

Hadisə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsilə protokol tərtib olunub.

Xəzər rayon Məhkəməsində keçirilən iclas zamanı Malik Abdullayevə 300 manat cərimə cəzası təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 698

Oxşar yazılar