Bakıda şagirdi bıçaqlayan  məktəblinin məhkəməsi BAŞLADI
21 noyabr 2025 17:20 (UTC +04:00)

Bakıda şagirdi bıçaqlayan məktəblinin məhkəməsi BAŞLADI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində şagirdi bıçaqlamaqda təqsirləndirilən Firac Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən məhkəmə ilk olaraq təqsirləndirilənin anket məlumatlarını dəqiqləşdirib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən Firac Hüseynov özünü təqsirli bildiyini deyib. Vəkili vəsatət verərək F. Hüseynovun ifadəsinin onun hüquqi varisi Dostayev Şöhrəddinin və psixoloqun iştirakı ilə alınmasını istəyib.

Məhkəmə vəsatəti təmin edərək növbəti prosesi 12 dekabr saat 14:30-a təyin edib.

Xatırladaq ki,2024-cü il oktyabrın 25-də Sabunçu rayonunda yerləşən 67 saylı ümumtəhsil məktəbinin şagirdi 2008-ci il təvəllüdlü Hüseynov Firac Şöhrəddinoviç Xəzər rayonunun Buzovna qəsəbəsinin Albalılıq massivində yerləşən 322 nömrəli məktəbə gələrək aralarında yaranan mübahisə zəmnində həmin məktəbin şagirdi Kənan Baxşızadəyə dörd bıçaq zərbəsi vurub. Nəticədə Kənan Baxşızadə ağır xəsarətlər alıb.

Faktla bağlı F. Hüseynov həbs olunub və ona qarşı Cinayət Məcəlləsinin 29 (cinayət etməyə cəhd), 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirilməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

 

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar