Bakılı "qanuni oğru"nun dostu həbsdə qaldı
28 noyabr 2025 13:53 (UTC +04:00)

Bakılı "qanuni oğru"nun dostu həbsdə qaldı

0

Rusiyada apelyasiya instansiyası Penza vilayət məhkəməsi tərəfindən məhkum edilmiş 60 yaşlı “qanuni oğru” Şalva Xonskini bəraətə layiq görməyib.

Lent.az-ın məlumatına görə, 60 yaşlı Gürcüstan vətəndaşı Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (cinayətkar iyerarxiyasında ali mövqenin tutulması) üzrə təqsirli bilinib.

Məlumata görə, məhkum edilmiş “qanuni oğru” öz kriminal statusundan imtina etməyib və cəzaçəkmə müəssisələrində kriminal strukturlara nəzarəti davam etdirib. Xüsusilə, o, “vorovskoy obşak” üçün pul toplayıb, cinayət aləmində təsir dairələrini bölüşdürüb, iyerarxiyanın aşağı səviyyələrinə məhkumlar arasından etibarlı şəxslər təyin edib, məhbuslar arasında mübahisəli situasiyaları yoluna qoyub, kriminal statusun artırılması və ya endirilməsi barədə qərarlar verib.

Nəticədə, hökmlərin məcmusuna görə məhkəmə təqsirkar şəxsə xüsusi rejimli islah müəssisəsində çəkilmək şərti ilə 10 il azadlıqdan məhrumetmə cəzası təyin edib.

Müəyyən edilib ki, məhkum 1992-ci ildə “qanuni oğru” kriminal statusunu alıb. Yəni cinayət aləmində formalaşan qeyri-rəsmi münasibətlər sisteminə təsir etməyə imkan verən mübahisəedilməz nüfuza malik şəxs kimi tanınıb.

Şalva dəfələrlə məhkum olunub. 2017-ci ildən etibarən o, insan oğurluğu, quldurluq və zərərçəkmişin ölümünə səbəb olan qəsdən ağır bədən xəsarəti yetirmə maddələri üzrə ittiham olunduğu cəzasını Penza vilayətində yerləşən cəzaçəkmə müəssisəsində çəkir.

Qeyd edək ki, Şalva Xonski əslən bakılı olan məşhur “qanuni oğru” Taleh Dağlıyevin yaxın dostudur.

Fotoda: Taleh Dağlıyev, Şalva Xonski və digərləri

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar