Boşanan arvadını məhkəmə binasında öldürdü
04 noyabr 2023 15:42 (UTC +04:00)

Boşanan arvadını məhkəmə binasında öldürdü

Türkiyədə ər arvadını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İzmir şəhəri Seferihisar məhkəməsinin inzibati binasında baş verib. Bir müddətdir əri Alettin Keçkin ilə münaqişələri bitməyən 23 yaşlı Neşe Keçkin boşanma ərizəsi yazmaq üçün adı çəkinlə məhkəmə binasına gəlib. Bunu eşidən ər də onun arxasınca gələrək arvadını fikrindən daşındırmağa çalışıb.

Arvadı razı olmadığı üçün ona bıçaqla hücum edib. Bu zaman yaxınlıqda olan polis əməkdaşı müdaxilə etmək istəyib. Lakin A. Keçkin onun əlindən çıxaraq məhkəmə binasına daxil olan arvadına çata bilib. Burada o, N. Keçkinə bir neçə bıçaq zərbəsi vuraraq, xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən 2 uşaq anasının həyatını xilas etmək mümkün olmayıb.

Saxlanılan ər isə ifadəsində, hadisə zamanı özünü itirdiyini və peşman olduğunu deyib. Bundan əlavə, arvadını bıçaqlayarkən onun narkotik maddənin təsirində olduğu iddiası irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5442
avatar

Oxşar yazılar