NASA Marsda həyat üçün vacib maddə aşkarlandığını təsdiqlədi
14 noyabr 2026 02:35 (UTC +04:00)

NASA Marsda həyat üçün vacib maddə aşkarlandığını təsdiqlədi

0

 

NASA-nın “Perseverance” aparatı Marsın qədim süxurlarında üzvi karbon birləşmələrinin mövcudluğunu təsdiqləyib. Tapıntı Qırmızı planetdə keçmişdə həyat üçün əlverişli şəraitin olub-olmadığının öyrənilməsi baxımından mühüm hesab edilir.

Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” “Science Advances” jurnalında dərc edilmiş araşdırmaya istinadən məlumat yayıb.

Alimlər Marsın “Bright Angel” adlanan geoloji bölgəsində iki süxur nümunəsini araşdırıblar. Məlum olub ki, onların səthinin bir qədər altında mürəkkəb üzvi karbon birləşmələri qorunub saxlanılıb.

Tədqiqatçılar oxşar maddələrin planetin başqa bölgələrində də aşkarlanmasını nəzərə alaraq, üzvi birləşmələrin qədim Marsda geniş yayılmış ola biləcəyini düşünürlər.

Lakin alimlər vurğulayırlar ki, üzvi karbonun tapılması Marsda həyatın mövcud olduğunu sübut etmir. Belə maddələr bioloji fəaliyyət olmadan da yarana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 94

Oxşar yazılar