Cəlilabadda DƏHŞƏT:  gənc oğlan 52 yaşlı kişini ÖLDÜRDÜ  - YENİLƏNİB
16 fevral 2026 16:40 (UTC +04:00)

Cəlilabadda DƏHŞƏT: gənc oğlan 52 yaşlı kişini ÖLDÜRDÜ - YENİLƏNİB

0

Cəlilabad prokurorluğu rayonda törədilən qətllə bağlı məlumat yayıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, fevralın 16-da Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisində 1974-cü il təvəllüdlü Azər Baxşiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırmalarla 2002-ci il təvəllüdlü İbrahim Babayevin bıçaqla xəsarət yetirərək Azər Baxşiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

***

saat 15:20

Cəlilabadda qətl törədilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, fevralın 16-da saat 13 radələrində Cəlilabad rayonunda 52 yaşlı Azər Baxşiyev kəsici alətlə aldığı xəsarətdən xəstəxanada ölüb. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı İbrahim Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. 

Məlumata görə, İbrahim Babayev Azər Baxşiyevi ürəyindən bıçaqlayıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 840

Oxşar yazılar