“Meydan TV” işi üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağaya anasının dəfn və yas mərasimində iştirak etmək üçün icazə verilib.
Lent.az xəbər verir ki, məhkəmə jurnalistin sözügedən mərasimlərdə iştirakı üçün vəkil Fəxrəddin Mehdiyevin vəsatətini təmin edib. Bu məlumatı vəkil Cavad Cavadov sosial şəbəkədə yayıb.
Ş. Ağanın anası ötən gün parkinson xəstəliyindən vəfat edib.
Qeyd edək ki, Şəmşad Ağanın işi üzrə məhkəmə istintaqı davam edir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.