Dünənki qəzalarda 3 nəfər ölüb- KRİMİNAL XRONİKA
10 iyun 2022 11:07 (UTC +04:00)

Dünənki qəzalarda 3 nəfər ölüb- KRİMİNAL XRONİKA

İyunun 9-da ölkə ərazisində qeydə alınan cinayətlərdən 46-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 26-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 42 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

# 2040
avatar

Mehman Nəbiyev

Oxşar yazılar