Gənc oğlanın əlləri arxadan bağlanmış meyiti tapıldı
06 avqust 2026 16:00 (UTC +04:00)

Gənc oğlanın əlləri arxadan bağlanmış meyiti tapıldı

0

Türkiyədə gənc oğlanın əlləri arxadan bağlı halda meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalyanın Kepez rayonunda baş verib. Zeytunluq ərazidə əlləri arxadan bağlanmış vəziyyətdə gənc kişinin meyiti aşkarlanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Meyitin üzərindən 25 yaşlı Mehmet Beyazıtlının adına tərtib olunmuş şəxsiyyət vəsiqəsi çıxıb. Meyit məhkəmə-tibbi ekspertizası üçün Antalya Məhkəmə Tibb Qurumunun morquna aparılıb.

Hadisə ilə bağlı polis araşdırmaları davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar