Gəncə hava limanında qızılları belə apardılar
09 sentyabr 2025 10:34 (UTC +04:00)

Gəncə hava limanında qızılları belə apardılar

1

Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən, 39 yaşlı Tahir Sayadov saxlanılıb. 

Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çantadan ümumi dəyəri 10.000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

Məhkəmənin qərarı ilə T. Sayadov barəsində həbs qətimkan tədbiri seçilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1078

Oxşar yazılar