Görünməmiş QƏTL:  dostunu öldürüb illərlə maaşını aldı
05 dekabr 2023 15:00 (UTC +04:00)

Görünməmiş QƏTL: dostunu öldürüb illərlə maaşını aldı

Türkiyədə illər əvvəl yoxa çıxan kişinin qətlə yetirildiyi üzə çıxıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, 50 yaşlı Mehmet Akkan ailə problemlərinə görə, 2019-cu ildə Aydın şəhəri Buxarkənd qəsəbəsindəki evindən çıxaraq Denizli şəhərinə gedib. Bundan sonra bacısı onunla heç cür əlaqə saxlaya bilməyib.

Belə olduqda qadın 2021-ci ildə polisə şikayət edib. Polisin araşdırması nəticəsində məlum olub ki, kişinin maaş kartından hər ay əməkhaqqı çıxarılıb. Buna görə də bankomatların kamerasına baxış keçirilib. Maaşın Akkanın dostu Osman Ç. tərəfindən çıxarıldığı bilinib. Bu səbəblə adıçəkilən şəxs saxlanılıb.

O, ifadəsində bildirib ki, dostu Akkan ilə birgə Denizliyə işləməyə gəliblər. İçki içməyə getdikləri yerdə aralarında yaranan mübahisə zəminində taxta ilə dostunu vurub öldürüb. Sonra digər dostları Enver Ç. ilə birgə meyiti meşəlik ərazidə basdırıblar.

Məlum olub ki, Osman Ç. qətldən sonra 3 il ərzində mərhumun maaşını hər ay çıxarıb.

Qətldə şübhəli bilinən Osman Ç., Enver Ç. və digər iki nəfər saxlanılıb. Adları çəkilənlər həbs edilib. Digər 2 nəfər isə polisin nəzarəti altında vermə qaydasında şərti azadlığa buraxılıb.

Araşdırma davam edir.

# 3063
avatar

Oxşar yazılar